Bakıya gələn rus turistlərin sayı artıb

Cari ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1% artaraq 226 min nəfərə çatıb. 

Turizm Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ən böyük artım Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5% artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6% artaraq 64 min olub.

Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8% və 12,1% artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5% və ya 5 min artım) və Küveytdən (73.7% və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub. İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5% artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43% və 18.4% artaraq hər biri 8 minə çatıb.

Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya regionu üzrə Hindistan (5 min; artım 80,2%) və Pakistandan (3 min; artım 15.6%) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.

Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5% artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8% artım müşahidə olunub.

Ölkə

Nəşr edilib: 2020/02/12 13:20

Baxış: 73


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06