Bakıya yeni metro qatarı gətirilib

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb. Onlardan biri yəni 5 vaqon artıq Bakıdadır.
“Minval.info” xəbər verir ki, bunu “Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, digər iki qatar isə sərhədə yaxınlaşır.
Paytaxta gətiriləcək 4 qatar tərkibi “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

