“Baku Medical Plaza”da yeni doğulmuş körpə öldü
Bakıda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə vəfat edib.
Axşam.az xəbər verir ki, noyabrın 12-də səhər saatlarında “Baku Medical Plaza” xəstəxanasına gətirilən 1994-cü il təvəllüdlü Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Lakin körpə 1 sutka sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


