“Baku Medical Plaza”nın həkimləri təltif olundu – FOTO
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi idi. 44 gün ərzində Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları da əsgərlərimizlə birgə mübariz mövqe sərgilədilər, hər biri çalışdığı sahənin qorxmaz əsgərinə çevrildi! Onlar ön və arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm oldular, tarixi Zəfərə öz töhfələrini verdilər.
- Kamil Gökhan Açar – Ümumi cərrah
- Rafət Əliyev – Direktor
- Vüsal Mahmudov – Travmatoloq
- Alik Qurbanov – Ümumi cərrah
- Bəxtiyar Qəhrəmanov – Ümumi cərrah
- Rəşad Cəfərov – Ümumi cərrah
- İsrafil Həsənov – Ümumi cərrah
- Eslanda Səlimova – Ümumi cərrah
- Əsədova Günay – Ümumi cərrah
- Xəyyam Babayev – Ümumi cərrah
- Rauf Kərimov – Plastik cərrah
- Tengiz Cəlilov – Damar cərrahı
- Kamal Quliyev – Anestezioloq-Reanimatoloq
- Ərəstun Məmmədov – Anestezioloq-Reanimatoloq
- Elşən Həsənov – Anestezioloq-Reanimatoloq
- Vüsal Eyvazov – Anestezioloq-Reanimatoloq
- Ruslan Əsədov – Radioloq
- Tural Rəhimli – Neyrocərrah
- Tural Hidayətov – Neyrocərrah
- Tural Rəcəbov – Neyrocərrah
- Bəxtiyar Hüseynov – Uroloq
- Zaur Aslanov – Neyrocərrah
- Niyazi Qəmbərli – Ümumi cərrah
- Vüsal İsmayılov – Travmatoloq
- Kuliyev Pərviz – Radioloq
- Nərgiz Əhmədova
- Dilqəm Məhərrəmov
- Səlimə Səfərova – Anestezioloq-Reanimatoloq
- Rəna Əhədova – Anestezioloq-Reanimatoloq
- Mobil Qəhrəmanov – Anestezioloq-Reanimatoloq
- Əsmər Quliyeva – Ümumi cərrah (Rezident)
Döyüş bölgəsində yaralı əsgərlərin ümid yerinə çevrilən fədakar həkimlərimiz bütün bunları özlərinə mənəvi borcu hesab edir. Qazanılmış qələbədə müzəffər Azərbaycan Ordusu ilə yanaşı, onların sağlamlığı keşiyində dayanan həkimlərimiz də yeni və qürurlu tarix yazdı!
Baku Medical Plaza Klinikası olaraq Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə isə tezliklə sağlamlıqlarının bərpa olunmasını arzulayırıq. Əsgər və zabitlərimizin səhhətinin qayğısına qalan qəhrəman həkimlərimizlə isə fəxr edirik!



