Balaca qızın ciyərində lampa çıxarılıb
Bu qeyri-adi hadisə Hindistanın cənub-qərbində Çiplan şəhərində baş verib.
Azyaşlı Arib Xannın hərarəti sürətli şəkildə yüksəlib və fasiləsiz öskürməyinə səbəb olub. Qızını təcili xəstəxanaya aparan atası rentgenin nəticələrindən şoka düşüb.
Belə ki, həkimlərin xəstənin ağrılarının səbəbini dəqiqləşdirmək üçün onu rentgendən keçirdiblər. Balaca qızın sağ bronxunda lampa aşkarlanıb. Cərrahiyyə əməliyyatı nəticəsində lampa bədəndən çıxarılıb.
Əməliyyatı aparan həkim Diva Prapxat bildirib ki, təcrübəsi ərzində ilk dəfə olaraq belə bir halla qarşılaşıb. Məlumat üçün bildirək ki, ABŞ-da komissiya tərəfindən 2017-ci ilin sonunda insan orqanlarında aşkarlanan əşyaların siyahısını tərtib etmişdilər. Bu siyahıda çəhrayı hava balonu, butulka üçün əmzik, maqnitlər və bir sıra başqa əşyalar yer almışdı.
Zeynəb
Minval.İnfo

