Banqladeşdə yanğında 49 nəfər öldü

Banqladeşdə şirə istehsalı zavodunda baş vermiş yanğın nəticəsində ən azı 49 nəfər həlak olub.
“Minvalinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə Narayanqanj şəhərində 7 mərtəbəli binada baş verib.
Binada təxminən 8 min nəfər işlədiyinə görə xəsarət alanların və həlak olanların sayı daha çox ola bilər.
Hazırda yanğının səbəbi araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

