Barcelona Dembeleni satır
Barcelona futbolçusu Osman Dembeleni bu qış sata bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi fransalı yarımmüdafiəçinin oyununun səviyyəsindən məmnun deyil.
Bundan savayı, onun Çempionlar Liqasından İnter-lə oyundan əvvəl klubun bazasına gecikməsi narazılığa səbəb olub. Bunlara görə klubun daxilində Osman Dembelenin satılması variantı müzakirə olunub.
Qeyd edək ki, 2017-ci ildən “Barca”da çıxış edən Osman Dembelenin klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

