“Barselona” Arda Turanı satıb bu futbolçunu alır – FOTO

“Barselona” Arda Turanı yayda satacaq. Minval.İnfo Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, “Barselona” yayda “Atletiko”dan Antuan Qrizmanı (Antoine Griezmann) heyətinə qatmaq istəyir. Amma mövsümün əvvəlindən transferlərə 436 milyon avro xərcləyən kataloniyalılar ən azı 3 oyunçu satmalıdı. Bunlardan biri 2,5 illik “Başakşəhər”ə icarəyə verilən Arda Turan olacaq. “Barselona” həmçinin Rafinya, Pako Alkaker, Denis Suares, Andre Qomes və Aleyks Vidalı da satışa çıxaracaq, hansına yaxşı təklif gəlsə satacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

