“Barselona” La Liqa tarixində yeni rekorda imza atıb

İspaniyanın “Barselona” klubu La Liqa tarixində yeni rekorda imza atıb.

“Report” xəbər verir ki, Kataloniya təmsilçisi XXII turda “Kadis” üzərində 2:0 hesablı qələbə qazanaraq bunu reallaşdırıb.

Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barsa” “Deportivo”nun 1993/1994 mövsümündəki rekordunu yeniləyib. La-korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmayıb.

İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/1987 mövsümündə “Barselona”, 1993/1994-də “Deportivo”, 2017/2018-də isə “Atletiko” bacarıb.

Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə başçılıq edən “Barselona” (59 xal) ən yaxın izləyicisi “Real Madrid”i 8 xal qabaqlayır.

İdman

Nəşr edilib: 2023/02/20 14:02

Baxış: 107


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06