“Barselona” Rakitiçə qiymət qoydu: 125 milyon avro
“Barselona” futbolçusu İvan Rakitiçin təzminat qiyməti müəyyənləşib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçini 125 milyon avroya satmağa hazırdır. “Barsa”nın PSJ-nin maraqlandığı xorvat yarımmüdafiəçini bu qiymətdən aşağı satmağı düşünmədiyi bildirilib.
Qeyd edək ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

