“Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb – VİDEO
Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
“Minval.info”nun məlumatına görə, “Nou Kamp” stadionunda “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Görüş heç-heçə ilə yekunlaşıb – 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.
“Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda “Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

