“Barselona” Valverdeni istefaya göndərir
“Barselona” bu gün baş məşqçisi Ernesto Valverde ilə yolları ayıracaq.
Qol.az-ın Kataloniyanın “RAC1” radiosuna istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssisin istefaya göndərilməyi ilə bağlı qərar qəbul edilib. Qərarın bu gün ərzində açıqlanacağı bildirilib.
Qeyd edək ki, “Barselona” cari mövsümü 1 kubokla bitirib. Komanda La Liqanın qalibi olsa da, Çempionlar Liqası və İspaniya kubokunda eyni uğuru təkrarlaya bilməyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

