“Barselona”ya 105 milyonluq şok
“Barselona”nın gənc ulduzu Osman Dembele yenidən sıradan çıxıb.Minval.İnfo fanat.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə klub rəsmi açıqlama yayıb. Bildirilib ki, Dembele “Real Sosyedad”la matçda sol ayağından zədə alıb. O, La Liqanın “Betis”, “Alaveş”, “Espanyol” və “Xetafe” ilə oyunlarını buraxacaq.
Fransalı futbolçu mövsümün əvvəlində də eyni yerdən zədə almış və əməliyyat olunmuşdu. 4 ay yaşıl meydanlardan kənarda qalan Osman 4 yanvardakı “Selta” matçı ilə yaşıl meydanlara dönmüşdü.
Qeyd edək ki, “Barselona” Dembeleni yayda “Borussiya”dan 105 milyon avroya alıb. 20 yaşlı futbolçu Kataloniya klubunda cəmi 8 rəsmi oyuna çıxıb və 3 qol ötürməsi verib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

