Baş katib: “BMT Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üzrə səylərini dəstəkləməyə hazırdır”

“Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərini dəstəkləməyə hazırdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Guterriş Ermənistanın Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Nikol Pashinyana göndərdiyi təbrik məktubunda bildirib.
“BMT Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləməyə hazırdır”, – BMT rəhbəri deyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

