Baş Prokurorluq: “Ermənistanın törətdiyi cinayətlərlə bağlı 70-dən çox cinayət işi başlanılıb”

“Ermənistan silahlı qüvvələri və siyasi hərbi rəhbərliyi tərəfindən törədilən cinayət faktları üzrə 70-dən çox cinayət işi başlanılıb”.
Minval.info-nun xəbərinə görə, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, baş ədliyyə müşaviri Erkin Əlixanov deyib.
“Hazırda da həmin cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılaraq xarici dövlətlərlə bu istiqamətdə hüquqi yardım sahəsində əməkdaşlıq davam etdirilir”, – o bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

