“Başakşəhər”də Arda Turan şoku
Super Liqanın XXIII turu çərçivəsində bu gün “Gənclərbirliyi”ini qəbul edəcək “Başakşəhər”də Arda Turan şoku yaşanır.Minval.İnfo Fanat.Az-a istinadən xəbər verir ki, futbolçu sağ ayağından zədə alıb. Bu səbəbdən baş məşqçi Abdullah Avcı onun adını heyətdən çıxarıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. “Başakşəhər” 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və “Qalatasaray”dan 1 xal geri qalır. “Gənclərbirliyi” isə 25 xalla 13-cü yeri tutur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

