Başqa məqsədlər üçün istehsal olunan, amma insan həyatını dəyişən ayaqqabı, vazelin, yastıq, viaqra…
Hündürdaban ayaqqabı, vazelin, yastıq…
Bunlar demək olar ki, hər gün istifadə edilir. Bəs bunlar da daxil olmaqla bir çox məhsulun fərqli məqsədlər üçün istehsal edildiyini bilirsiniz?
Minval.info gündəlik istifadə edilən bir çox məhsulun necə və hansı məqsədlə istehsal edildiyini təqdim edir:
- Hava qabarcıqları olan neylonlar
Bu neylonlar1957-ci ildə mühəndislər Alfred Fildinq ve Mark Çavans tərəfindən 3 ölçülü divar kağızı olaraq istehsal edilib. Ancaq uğurlu alınmayan bu eksperimentdən sonra Alfred neylonların paketləmədə istifadə edilə biləcəyini təklif etdi. Beləliklə, yeni alınmış qab-qacağın arasından sevinclə götürdüyümüz hava qabarcıqlı neylonlara patent alındı.

- Viaqra
Ürək-damar sistemi xəstəlikləri üçün dərman istehsal edən bir şirkət ürəyə xeyiri olmayan dərmanın əks təsirini kəşf etdi: Maddə qan dövranına güclü təsir edirdi və afrodizyak təsiri göstərirdi. Ona görə də məhsul cinsi gücü artıran dərmana çevrildi.

- Yastıq
Mesopotamiyada kasıblar saçlarını və üzlərini həşəratlardan qorumaq üçün daşlardan istifadə edirlər, yasdığı isə ancaq zəngin insanlar əldə edə bilirdilər. Çində isə baş altına qoyulan yasdığın güc verərək, şeytandann qoruduğuna inanırdılar.

- Vazelin
XIX əsrdə neft çıxarmaqda istifadə edilən alətlərdə qalan yapışqan maddə neft sənayesində çalışanları bezdirmişdi. Bu yapışqan maddəni laboratoriyada tədqiq edən ingilis kimyaçı Robert Çesenborq maddənin çox faydalı olduğunu aşkarladı. Vazelin adı verilən maddə xalça yumadan yaraların sağaldılmasına qədər bir çox sahədə istifadə edildi.

- Hündürdaban ayaqqabı
Qədim Misirdə dini mərasimlərdə hündürdaban ayaqqabılar yüksək rütbəli məmurların rəmzi idi. Həm qadınlar, həm də kişilər hündürdaban geyinməklə özünü digər təbəqədən olanlardan fərqləndirdilər. Həmçinin, Avropada da hündürdaban ayaqqabılar aristokratlar üçün nəzərdə tutulmuşdu. Fars oxatanları isə daha yüksəkdə ola bilmək üçün hündürdaban ayaqqabılardan istifadə edirdilər. Hündürdbanların istifadə edildiyi digər yer isə qəssabxanalar idi. Qəssablar yerə axmış qanı ayaqqalamaq üçün hündürdabanlı ayaqqabılar geyinirdilər.

- Kola
Amerika vətəndaş müharibəsi zamanı qazi Con Pemberton yaralardakı sinir sistemini müalicə etmək üçün kola qozu və koka yarpaqlarından məhlul hazırlayıb. Daha sonra bunu bir içkiyə çevirib, amma səhmlərini satıb. Yeni sahibkarlar kokainsiz kola istehsal etməyə başladılar.

- Ağız yaxalama suyu
Cosef Laurans 1879-cu ildə əməliyyat alətlərini təmizləmək üçün maye halında məhlul yaradıb. Daha sonra bu məhlul kanalizasiya borularının açılması üçün istifadə edilib. Hazırda isə eyni ad və qablaşdırma ilə ağız yaxalama suyu kimi təklif edilir.

Dəniz
Minval.İnfo

