“Bavariya” “Fənərbağça”-nı darmadağın etdi (VİDEO)
Türkiyənin “Fənərbağça” klubu “Audi Cup” turnirində qarşılaşdığı Almaniyanın “Bavariya” klubuna 6-1 hesabı ilə məğlub olub.
Minval.info xəbər verir ki, Türkiyə təmsilçisinin tək qolunu oyunun 64-cü dəqiqəsində Maks Kruze vurub.
Almaniya təmsilçisində Tomas Müller 31, 44 və 58-ci dəqiqələrdə vurduğu qollarla xet-trik edib.
“Fənərbağça” növbəti matçında üçüncülük uğrunda “Real Madrid” klubu ilə qarşılaşacaq. “Bavariya” isə finalda İngiltərə təmsilçisi “Tottenhem” ilə üz-üzə gələcək.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

