“Bayağı müğənnilər sırasına Türkan Vəlizadə, Şəbnəm Tovuzlu başçılıq edir” – VİDEO
“Hər şey daxil” verilişində maraqlı anlar yaşanıb.
Dərgi.az xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev jurnalist qonaqlarına sual ünvanlayıb. “Buraya gələn müğənnilərin hamısı bunu deməyə çəkinir və qorxur. Siz deyin, bayağı müğənni kimdir?”
Tolikin sualına cavab olaraq jurnalist Pərviz Hüseyn deyib ki, ən bayağı müğənnilər sırasına Türkan Vəlizadə, Şəbnəm Tovuzlu başçılıq edir: “Zeynəb Həsəni, Türkan Vəlizadə, Şəbnəm Tovuzlu… Efirlər belələrini bəh-bəhlə reklam edirlər. Şəbnəm “Xəstəyəm” adlı mahnı oxuyub, o nə təqdimatdır, nə aranjımandır? Belə mahnının tamaşaçıya sırımaq düzgün deyil. Sadəcə musiqi zövqü aşağı olanların sayəsində mahnıları “YouTube”da trendə düşür”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


