“Bayraqdar” Rusiyaya verilə bilər?
Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar Makina”nın baş direktoru Haluk Bayraqdar şirkətin Rusiyaya dronlarını satmayacağını bildirib.
“Minval.info” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bayraqdar CNN telekanalının aparıcısının sualını cavablandırarkən deyib.
“Biz Rusiyaya nə bir şey çatdırmışıq, nə də təmin etmişik. Bunu heç vaxt etməyəcəyik”, – deyən Bayraqdar Ukraynanı dəstəklədiyini bildirib.
“Minval.info”
XƏBƏR LENTİ
2025/11/19 14:22

