Bazara alver etməyə getdi, piştaxta arxasında öldü
Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzi bazarında göyərti satan şəxs dünyasını dəyişib.
Minval.info-nun virtualaz.org-a istinadla məlumatına görə, 63 yaşlı Ərəbqardaşbəyli kənd sakini Saday Kamil oğlu Hüseynov bazarda alver üçün piştaxtasını səliqəyə salıb başa çatdırarkən qəfil ürək-çatışmazlığından dünyasını dəyişib.
Mərhumun ürək xəstəsi olduğu deyilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

