Belarusun müxalifət liderinin həyatına təhlükə yaranıbmış-vəkillər həyəcan təbili çalır

Belarus müxalifətinin lideri Mariya Kolesnikovanın vəkili Lyudmila Kozak müvəkkilinin tutulması ilə bağlı detalları açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, M.Kolesnikovaya hazırda Belarus Cinayət Məcəlləsinin 361-ci maddəsi (dövlət hakimiyyətinin zorla qəsb edilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirlməsinə yönəlik çağırışlar etmək) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda müxalif siyasətçinin 6 nəfərlik kamerada qaldığı bildirilir. Vəkil Kozak onun ürəyinin xəstə olduğunu və yüksək təzyiqlə kamerada oturmaq məcburiyyətində qaldığını bildirib. Bundan başqa, Kolesnikovanın bədənində xəsarət izlərinə rast gəlinir.

Gələn informasiyalarda müxalif qadın siyasətçinin bu il sentyabr ayının 7-də paytaxt Minskdə Milli incəsənət muzeyinin qarşısında saxlanıldığı deyilir. Buradan Belarus DTK-nın binasına gətirilən Kolesnikovaya öncə ölkəni “könüllü şəkildə” tərk etmək təklifi olunub. Sonuncu bundan imtina etdikdən sonra o, zorla Ukrayna sərhəddinə aparılıb.

Mariya Kolesnikova bütün bunları adam oğurluğu hesab edərək, vəkillərinə hadisə, habelə, günahkarların cəzalandırılması ilə bağlı müvafiq sənədlərin hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Lukaşenko rejimi özünə müxalif sayılan şəxslərə qarşı yeni üsul tapıb. Belə ki, onlar qaldıqları yerdən məcburi şəkildə ya Polşa, ya Litva, ya da Ukrayna sərhədinə götürülərək, həmin ölkələrin müvafiq qurumlarına təhvil verilirlər.

Məsələn, prezidentliyə namizəd Svetlana Tixonovskaya hazırda Litvada, Koordinasiya şurasının üzvləri Pavel Latuşko və Olqa Kovalkova Polşada, İvan Kravtsov və Anton Rodnenkov isə Ukraynadadır. Mariya Kolesnikova isə yolda xarici pasportunu qəsdən cırdığı üçün onu ölkə hüdudlarından çıxarmaq mümkün olmayıb.

Siyasət

Nəşr edilib: 2020/09/10 13:56

Baxış: 62


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06