Beren Kənanla ayrılıq xəbərlərinə belə son qoydu – Foto
Aktrisa Beren Saat müğənni Kənan Doğuludan boşanacağı iddialarına son qoyub.
“Qafqazinfo” xəbər verir ki, Kənanın “Yaparım bilirsin” adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstqram paylaşımına Berendən reaksiya gecikməyib. Müğənninin “Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Profesional səhnəyə atdığım ilk addım idi” sözlərinə aktrisa ürək işarəsi qoyub. Bu isə 2014-cü ildən evli olan cütlüyün ayrılıq dedi-qodularının yalan olduğunu təsdiqləyib.
Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Buna səbəb isə gecə klublarının birində Maqanın yanındakı xanımın aktrisaya bənzədilməsi olmuşdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22


