Berluskoni xəstəxanaya yerləşdirilib

İtaliyanın 84 yaşlı sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
“Minval.info” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, sabiq baş nazir Milandakı “San-Raffaele” xəstəxanasındadır.
TASS-ın müxbiri siyasətçinin kompleks klinik müayinə olunması və səhhətindəki problemin aşkarlanması üçün bu addımın qaçılmaz olduğu barədə məlumat verib.
Bildirilib ki, siyasətçi dünəndən sözügedən xəstəxanadadır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

