“Beşiktaş”da maddi çöküntü…
Maddi baxımdan çətin günlər keçirən “Beşiktaş” futbol klubunun araşdırma komissiyasının hesabatı açıqlanıb.
İstanbul şəhəri, Vodafone Park Moda mərkəzində keçirilən komissiya iclası zamanı klubun 2 milyard 495 milyon 267 min 687 lirə borcu olduğu göstərildi.
Minval.info xəbər verir ki, borcun 1 milyard 784 milyon 788 min 30 lirəsinin “Beşiktaş”-ın Sənaye və ticarət sahəsinə qoyduğu investisiya olduğu, 710 milyon 479 min 657 lirə olan hissəsinin isə kluba aid olduğu göstərilib.
Klubun alacağı pul miqdarı isə 376 milyon 157 min 524 lirə olaraq müəyyənləşdirilib.
Komandanın portuqaliyalı oyunçusu Pepe keçdiyimiz həftə Türkiyə Futbol Federasiyasına müraciət edərək, klubun ona qalan borcunu ödəməsini tələb edib. Müvafiq qurumların müdaxiləsi nəticəsində “Beşiktaş” ödəmənin bir hissəsini edib.
Qeyd edək ki, gələn ilin may ayında baş tutacaq prezident seçkiləridə “Beşiktaş” klubunun rəhbəri müəyyənləşəcək.
Emil
Minval.info

