“Beşiktaş”ın futbolçusu zədələndi
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Jorj-Kevin Nkudunu zədələnib.
“Report” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı oyunçunun sağ budunun yuxarı hissəsində ödem aşkarlanıb.
Qeyd edək ki, Jorj-Kevin Nkudu 2019-cu ilin avqustundan “Beşiktaş”da çıxış edir. Mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

