Biləsuvarda qadından külli miqdarda narkotik götürülüb
Biləsuvar rayonunda qadında külli miqdarda narkotik aşkarlanıb.
Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini G.Abbasovadan 1 kiloqramdan artıq heroin və 810 qram metamfetamin aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

