Bin Ladenin oğlu öldürüldü
“New York Times” qəzeti keçmiş məşhur terrorçu Usamə bin Ladenin oğlu Həmzə bin Ladenin öldürüldüyünü açıqlayıb.
Minval.info xəbər verir ki, keçmiş “Əl-Qaidə” liderinin oğlu və varisi olan Həmzə bin Ladenin necə öldürüldüyü haqqında hələ ki, heç bir məlumat verilməyib.

ABŞ rəhbərliyi Həmzə bin Ladeni öldürəcək və ya haqqında məlumat verəcək şəxsə 1 milyon dollar mükafat vəd etmişdi. Həmzə bin Ladenin Əfqanıstan-Pakistan sərhəddində yerləşən dağlarda gizləndiyi ehtimal olunurdu.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

