Binəqədidə 40 abonentin qazı kəsildi
Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.
Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

