Binəqədidə yanğın – 15 nəfər təxliyə olunub
Binəqədi rayonunda yanğın baş verib.
FHN-dən verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

