Binəqədinin yeni icra başçısı kimdir? – Müəmma
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.
Minval.info xəbər verir ki, Elxan Şamil oğlu Allahverdiyev bu posta gətirilib.
Əldə etyimiz məlumata görə, yeni icra başçısı “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Şamil oğlu Allahverdiyevin qardaşıdır.
Bu məlumatı etibarlı mənbə də saytımıza açıqlamasında təsdiqləyib.
Maraqlısı ondadır ki, E.Allahverdiyev barədə hər hansı informasiya əldə etmək müşkül məsələyə çevrilib. Belə ki, mənbəmiz yalnız bu qədər məlumatın onda olduğunu söyləyib. Hətta hələlik yeni icra başçısının şəklini belə tapmaq mümkün olmayıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

