Binəqədidə yolu satıb yerinə obyekt tikdilər, o da çökdü – VİDEO
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında tikilən ticarət mərkəzinin binası uçub.
Minval.İnfo xəbər verir ki, binanın ətrafında əhalinin gediş-gəlişi tam məhdudlaşdırılıb. İnşaat işləri zamanı tikinti normalarına əməl olunmadığı bildirilir.
Minval.İnfo xəbər verir ki, adıçəkilən bina haqqında daha öncə də yazılmışdı. Binəqədi rayon icra hakimiyyətinin dayanacağı sataraq yerində obyekt tikdirməsi sərt tənqid edilmişdi. Düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb.
Təəcccüblüdür ki, tikintiyə Binəqədi rayon icra hakimiyyəti tərəfindən rəsmi icazə sənədi də verilib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

