“Bir gecə qəfil gələ bilərik!”- Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ
“Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gələ bilərik!”.
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib.
“Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yunanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb”, – o söyləyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

