Bir gündə ölkədə 116 cinayət faktı qeydə alınıb
Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

