Bir həftəlik tətil puluna bir günlük çimərlik “səfası”- Xəzər sahilində “əl yandıran” qiymətlər

Xəzər sahilində dənizə və hovuza girmək niyə lüksə çevrilib?

Yay aylarının gəlişi ilə insanlar ya tətilə, ya da dəniz sahilinə üz tutur. Amma məlum, çimərliklər özəl olduğu, ailədəki azyaşlılar daha çox hovuzları tərcih etdiyi üçün çarə qalır özəl çimərliklərə. Amma bu məkanlara getmək üçün də “qalın pulqabı”na ehtiyac var. “Yeni Müsavat” bəzi özəl çimərliklərin facebook səhifəsindən giriş qiymətləri ilə bağlı məlumatları toplayıb və ortaya belə bir mənzərə çıxıb.

“AF Hotel Aqua Park” – 20 manat

Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 20 manatdır. Burada 3 yaşına qədər uşaqlar üçün giriş pulsuz, 3 yaşından 12 yaşına qədər isə 15 manatdır.

“Bilgah Beach Hotel” – 40 manat

Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Bilgah Beach Hotel” dəki Aquaparkda həftəsonu 1 nəfər üçün giriş 40 manatdır. Dənizə giriş isə 30 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 25 manatdır. Əgər uşağın boyu 1,20 sm.-dən hündürsə 40 manat ödəməlidirlər.

Mərdəkanda yerləşən Dalga Beach Aquapark çimərliyinin qiymətlərinə də keçək.

Azərbaycan Respublikasının vətəndaşları üçün həftə içi – 35 AZN, həftə sonu – 50 AZN;

Xarici vətəndaşlar üçün həftə içi – 50 AZN, həftə sonu – 70 AZN.

0-6 yaşlı uşaqlar üçün pulsuzdur, 7-12 yaşlı uşaqlar üçün 15 AZN.

Bu məbləğə akvapark, şezlonq, məhrəba daxildir.

Bilgəhdə yerləşən Amburan Beach Club-da isə çimərlik və hovuz qiymələri aşağıdakı kimidir:

Bazar ertəsi – 20 AZN;

Çərşənbə axşamı – cümə günü – 23 AZN;

Şənbə – bazar – 28 AZN.

Boyu 130 sm (daxil olmaqla) olan uşaqlara giriş pulsuzdur.

Qiymətə çimərlik və hovuza giriş, dəsmal, uzanma taxtı, çətir, uşaq meydançası, soyunma otağı (şkaf əlavə ödənişli); müxtəlif əyləncələr (trambolin, minigolf üçün meydança, futbol meydançası, voleybol meydançası) daxildir.

Şıxovda yerləşən “Mambo Beach Club”un qiymətlərinə keçək.

Burada da giriş həftəiçi 15 manat, həftəsonu isə 20 manat olaraq nəzərə alınıb. 6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur (hər 1 böyüklə 1 nəfər 6 yaşına qədər uşaq daxil ola bilər).

Qiymətə hovuzdan və dənizdən istifadə, şezlonq, dəsmal və çətir daxildir.

“Aqua Park Shikov” bir nəfər üçün 15 manat 

“Aqua Park Shikov”dakı istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 15 manatdır. 3 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur. 3 yaşından 12 yaşına qədər isə 10 manatdır.

“Dalga Beach Aquapark Resort” – 50 manat

“Dalga Beach Aquapark Resort” istirahət mərkəzinə həftəsonu bir nəfər üçün giriş 50 manatdır. 6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. 6 yaşından 12 yaşına qədər isə vətəndaşlara giriş 15 manatdır.

“Dalga Beach Aquapark Resort”dəki kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Lakin xarici vətəndaşın oturma icazəsi varsa, bu məbləğ 50 manata endirilir.

“Amburan Beach” – 35 manat

“Amburan Beach” kompleksinə həftəsonu giriş 35 manatdır. Həftəiçi isə 30 manatdır. Uşaqlara gəlincə, boyu 1,50 sm.-dən hündür uşaqlara giriş böyüklər kimi hesablanır.

“Sea Breeze Hotel” 20 manat

“Sea Breeze Hotel” – Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

Qiymətlərdən də gördüyünüz kimi, bir ailənin bir günlük çimərlik məsrəfi minimum 100, maksimum 300 manata başa gəlir. Bu, sadəcə, çimərliyə giriş məbləğidir. Buradakı xidmətlərdən istifadə edib, yemək alsanız, bu zaman məbləğ ikiqat-üçqat artır. Nəticədə bir günlük çimərlik zövqü 4 nəfərlik bir ailəyə minimum 400-500 manata başa gəlir. Nəzərə alaq ki, bu qiymətə Azərbaycanın rayonlarında bir həftəlik ev kirayələyib, təvazökar yemək-içməklə ailəvi istirahəti təşkil etmək mümkündür. O halda bu bahalıqda orta statistik azərbaycanlı niyə hovuzları seçsin ki?

Amma bölgələrdə hovuz qiymətləri nisbətən insaflıdır. Məsələn, Nabrandakı “Sunset Beach”ə böyüklərin girişi 5, kiçiklərin girişi isə 3 manatdır. Bir çox hotellərdə isə hovuz-dəniz girişi üçün 10 manatdan artıq tələb olunmur.

HOVUZ TƏMİZ DEYİLSƏ, BUNLAR BAŞ VERƏ BİLƏR

Hovuzlardan danışıb, onların təmizliyi ilə bağlı məqamları yaddan çıxarmaq olmaz. Hovuzların təmizliyi və gigiyenası isə diqqət edilməsi lazım olan ən vacib məqamlardan biridir.

Mütəxəssislərə görə, təmizliyi aparılmayan və sistemli olaraq xlorlanmayan hovuzlar hepatit növlərindən tutmuş, ishala, genital xəstəliklərə, infeksiyalara qədər bir çox problemlərə gətirə bilər. Musavat.com xəbər verir ki, hovuz səfası edən insanların diqqət etməli olduğu məqamlar aşağıdakılardır:

Bədəninizdə üstü açıq yara varsa, hovuza girməyi bir müddət təxirə salmanız vacibdir. Hovuz suyundakı mümkün mikroblar açıq yaranızın iltihablanmasına səbəb ola bilər. Bu səbəbdən də yaranız sağalana qədər hovuzdan uzaq durmalısınız.

Hovuza mütləq dəniz eynəkləri taxaraq girin. Bu eynək sayəsində xlordan gözlərinizin yanmasının və qıcıqlanmasının qarşısını ala bilər, onları mümkün mikroblardan qoruya bilərsiniz.

Girdiyiniz hovuzun xlor miqdarı haqqında məlumat ala bilərsiniz. Xlor miqdarının milyonda 1 və 3 arası olması ən ideal səviyyə olaraq bilinir. Bununla paralel olaraq sudakı PH səviyyəsinin də 7.1 ilə 7.8 arasında olması göz və dəri sağlamlığı baxımdan önəm daşıyır.

Hovuza girmədən öncə və çıxdıqdan dərhal sonra duşa girmək infeksiyaya yoluxma riskini minimuma endirir.

Hovuzda üzmədən ancaq sərinləmək istəyənlər də Günəş eynəyi taxmalıdırlar. Hovuzun içində uzun saatlar keçirənlərin Günəş eynəyi taxaraq göz sağlamlıqlarını qorumaları vacibdir.

Hovuza ayaq basmadan öncə ayaqların su dolu bir sahəyə salınması təmiz qalması üçün önəm daşıyır.

Hovuzdan çıxandan sonra yaş çimərlik paltarını qurusu ilə dəyişdirmək də infeksiyaya yoluxmanın qarşısını önəmli dərəcədə alır.

Hovuzdan çıxandan sonra çimərlik paltarlarını sabunlu su ilə yumaq onların təmizliyi və mikroblardan qorunmaq baxımından çox vacibdir.

Hovuzun təmizliyinin sistemli bir şəkildə edilib-edilmədiyini öyrənərək hovuz seçiminizi edə bilərsiniz. Hovuz kənarındakı lövhələrə baxaraq və ya səlahiyyətli nümayəndələrlə əlaqəyə girərək hovuz təmizliyi və qaydalar barədə məlumat almaq da faydalıdır.

Uşaqların hovuza tualetlərini etməmələrinə və su udmamalarına diqqət edilməlidir. Valideynlərin bu məsələdə diqqətli olması hovuzun təmizliyinə müsbət mənada təsir edir.

Ümumilikdə isə hovuzun nə dərəcədə təmiz olub-olmadığını müəyyənləşdirmənin adi üsulları var. Suyun rənginin bulanıqlığı, hər hansı qoxu, yaxud dibində çoküntünün olması hovuzun təmizlənməsi vaxtının gəldiyindən xəbər verir. Bundan başqa, hovuzdan istifadə edən hər kəsin sağlamlığı haqqında arayışı olmalıdır. Sağlamlıq kağızında əsasən göbələk xəstəlikləri və bağırsaq qurdlarının olmaması göstərilməlidir.

Gündəm

Nəşr edilib: 2019/07/05 17:25

Baxış: 393


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06