Bir oyunda qapısında 35 qol gördü – Evdən bayıra çıxmadı, adını dəyişdirdi – VİDEO
1995-ci ildə Ərzurumda özünü Rəcai olaraq qələmə verən qapıçı həvəskar liqanın oyununda qapısından 35 top keçirərək rekorda imza atıb.
Həmin dövrdə isə bu hadisəyə görə adından çox söz etdirən qapıçı sonradan gözdən itib. Həmin futbolçu illər sonra “Beyaz show”ya qatılaraq oyunla bağlı xatirələrini bölüşüb.
Minval.İnfo xəbər verir ki, qapıçının adı əslində Rəcai yox, Məhəmməd imiş. Biabır olduğu üçün adını mediaya adını səhv deyib. Əslində 35 qol yemədiyini, rəqib komandanın 35 qol atdığını deyərək, hər fürsətdə özündə günah görmədiyini bildirib. Qapıçının sözlərinə görə, klubun kapitanı hücumçuya “bu qədər bəsdir, atma” xəbərdərlığını etsə də, hücumçu “işimi görürəm”- deyə cavab verib.
Həmin oyundan sonra Məhəmməd 4 ay evdən bayıra çıxmayıb. Saçlarını kəsdirib, görüntüsünü dəyişdirməyə çalışıb.
Çox çalışıb milli klubun qapısını qoruyacağam…
Qapıçı həmin oyundan bir müddət sonra “Hürriyyət” qəzetinə reportaj vermiş və çox çalışaraq gələcəkdə milli klubun qapısını layiqli şəkildə qoruyacağını bildirib. Lakin sonralar bu arzusu arzu olaraq da qalıb.
Məleykə
Minval.İnfo

