“Biri pullu kişi axtarır, o biri də Həcisini…” – Zeynadan qalmaqallı müsahibə

“Biri deyir, Həcim var, biri deyir, pullu kişi axtarıram, o biri də başlayır ki, ərimin ayağına qurban olum”.

Dərgi.az-ın müsahibi müğənni Zeynadır. Onunla yeni yaradıcılıq planlarından, 7 il sonra sənətə qayıtmasından, şou-biznesdə baş verən qalmaqallardan danışdıq:

– Zeynəb, Zeyno, yoxsa Zeyna? Adınızı niyə dəyişdiniz?
– Zeynəb valideynimin mənə qoyduğu addır və adımı çox sevirəm. Müsabiqədən sonra Rəhman Əliyevlə çalışmağa başladıq. O da dedi ki, Zeyno olsun, maraqlı addır. Neçə il Zeyno adı ilə səhnə aldım, amma mənə uğur gətirmədi.  Sonra müəyyən səbəblərdən səhnədən uzaqlaşdım. Geri dönəndə isə Zeyno adını yox, Zeyna adını seçdim. Zeyno kürd adını xatırladır və bu adda türklərdə müğənni var. Zeyna olmaq daha yaxşıdır.


– Səhnədən uzaqlaşmağınıza səbəb nə idi? Deyirdilər ki, ailə qurub, həyat yoldaşı icazə vermir.
– Bəli şəxsi həyatıma görə səhnədən uzaqlaşdım. Amma ailə qurmamışam, nişanlandım, nişanlımı çox sevirdim və o mənə qadağa qoydu. 7 il evdə oturdum və toyumu gözlədim. Sonra isə ayrıldıq. mən isə səhnəmə, sevdiyim peşəmə qayıtdım.

-Təkrar sevgi üçün səhnədən gedərsiniz?
– Əlbəttə yox. Artıq heç kim üçün sənətimi qurban vermərəm. Anam həmişə deyirdi ki, ailən olsun, oxumaqdansa, ailə yaxşıdır. Anamı dinlədim, ailəm olması üçün çalışdım. Amma olmadı. Anama dedim ki, indi mənə icazə ver öz sənətimlə məşğul olum. O da anladı və dəstək oldu. İndi isə sənətmi seçirəm. Məni sevən sənətimi də sevməlidir və qəbul etməlidir.


– 7 il sonra qayıtmaq çətin olmadımı? Maddi dəstəyi kimdən alırsınız?
– Hər şeyi öz gücümə edirəm. Böyük bir büdcəm yoxdur. İşləyirəm, qazancımı mahnıya klipə xərcləyirəm. Arxamda atam, həyat yoldaşım, pullu sevgilim, Həcim yoxdur. Öz gücümə çalışıram. Əziyyət çəkirəm efirə çıxmağa. Məndən hər veriliş üçün 2 min stəyirlər. Mən o məbləği verə bilmərəm. Heç vaxt pulla efirə çıxmamışam. Əziz televiziya rəhbərləri, əməkdaşları, mənim pullu Həcim yoxdur, o pulu necə verim? Mənim səsim, görünüşüm, bir səhnə duruşum var. Bayağı, toy müğənnilərindən də qat-qat yüksək sənətim var. Niyə mən efirə pulla çıxmalıyam?

– Çox Həci deyirsiniz? Şəbnəm Tovuzluya söz atırsınız?

– Tək Şəbnəmin Həcisi var? Kimə baxırsan deyir həcim var. Şəbnəm Tovuzlu ilə bir dəfə aramızda anlaşılmazlıq olub, amma hazırda ona söz atmıram. Azmıdır bu sənətə pullu kişi tapmağa gələnlər? Açıq bazardır elə bil.

– Son günlər ən çox müzakirə olunan mövzu – ər temasıdır. Müğənnilərdən biri də dedi, ərimin ayağını yuyaram, ona qurban da olaram. Çox müzakirələrə səbəb oldu.
– Xəbərim var o temadan. Hətta sizin “Könüllü danış” layihəsində müğənni Hissə sual vermişdiniz bu haqda. O da  demişdi ki, istəyir, ayağını yuyub, suyunu başına çəksin. Ona da sərt reaksiya vermişdi. Amma o müğənninin yanaşması səhvdir. Burada mən Hissə haqq verdim. Düz deyir, evində kim nə istəyir etsin, istəyir ayaq yusun, istəyir dırnaq tutsun, istəyir lap o dırnağı yesin. Amma efirdə bunu danışmaq düzgün deyil. Ümumiyyətlə bütün günü “Ərimə qurban olum” deyən qadınları mən anlamıram. Münasibətdə qadının da, kişinin də öz yeri var. Qadın qul deyil.

– “Günah” adlı mahnını və klipi təqdim etdiniz. Layihədə Elçin Cəfərov da yer aldı.
– Elçin mənim vokal müəllimimdir. Çox gözəl insandır, sənətkardır. Özü istədi layihədə mənə dəstək olmağı. Mən də çox sevindim. Əla iş ərsəyə gətirdik. İnsanların da ürəyincə oldu. Çox gözəl şərhlər yazırlar.

– Yeni layihələr necə varmı?
– Dayanmaq yoxdur. Yeni fotosessiya etdirmişəm. İki mahnıya da klip çəkdirirəm. Artıq geri dönmüşəmsə, dayanmadan çalışacağam.

Söhbətləşdi: Könül İbrahim

Maqazin

Nəşr edilib: 2024/10/23 10:46

Baxış:19


XƏBƏR LENTİ

2024/12/02 15:14

2024/12/02 12:05

2024/12/02 11:50

2024/10/23 10:46

2024/11/28 18:47

2024/11/21 18:25

2024/11/21 18:18

2024/11/19 17:32

2024/11/15 18:27

2024/11/15 10:21

2024/11/14 12:56

2024/11/07 18:53

2024/11/06 18:39

2024/11/06 18:20

2024/11/06 16:20

2024/11/05 16:24

2024/11/04 15:24

2024/11/01 12:28

2024/10/30 13:03

2024/10/28 13:46

2024/10/28 13:25

2024/10/28 12:40

2024/10/26 0:40

2024/10/25 16:10

2024/10/24 20:30

2024/10/23 21:40

2024/10/23 21:35

2024/10/23 15:43

2024/10/23 13:45

2024/10/23 10:46

2024/10/14 19:05

2024/10/12 23:27

2024/10/11 16:33

2024/10/09 19:24

2024/10/04 14:37

2024/09/24 15:29

2024/09/23 20:33

2024/09/23 17:31

2024/09/23 15:29

2024/09/21 15:15

2024/09/16 17:51

2024/09/10 11:38

2024/09/06 17:29

2024/08/27 19:31

2024/08/24 13:37

2024/08/24 13:30

2024/08/21 12:05

2024/08/20 16:13

2024/08/20 13:30

2024/08/15 12:23