Birləşmiş Krallığın səfiri Novxanıda – Hamı ilə birgə təmizlik etdi (VİDEO)
15 sentyabr Ümumdunya Sahilyanı təmizliyi günün münasibətilə Avropa ittifaqınin təşkilatçılığı ilə Novxanı sahilində iməcilik keçirib.
Minval.info xəbər verir ki, tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak edib.
Yankauskas bildirib ki, bu, tək Azərbaycanın yox, dünyanın problemidir.
“Biz bu tədbiri müdəmadi olaraq həyata keçirməyi planlaşdırırıq. Çünki sahilyanı ərazinin təmizliyi çox önəmlidir. Sahilin çirklənəsi, dənizin çirklənməsidir. Biz də sonra həmin dənizin məhsullarından qidalanırıq”.
Qeyd edək ki, tədbirdə çox sayda gənc ailələr və uşaqlar iştirak edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


