“Bizi ukraynalılar deyil, vaqnerçilər vurdu” – Roqozin
“Roskosmos”un keçmiş rəhbəri ehtimal edir ki, ona qarşı sui-qəsd ukraynalıların deyil, çox güman ki, vaqnerçilərin işidir.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Roqozinin ad gününü qeyd etdiyi restorana mərmilər “Vaqner” döyüşçülərinin məskunlaşdığı ərazidən – Donetsk vilayətinin Marinki rayonu yaxınlığındakı mövqelərdən atılıb.
Roqozinin sözlərinə görə, artilleriya zərbəsi onun məhz “dar dairədə işgüzar görüş” keçirdiyi vaxt restoran kompleksinə endirilib.
Roqozin əmindir ki, Ukrayna təhlükəsizlik qüvvələri onun yerini bilə bilməzdi. O, hesab edir ki, restoranda olmaları barədə məlumatı “özününkülərdən” biri sızdırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

