“Bizim sözümüz imzamız qədər keçərlidir” – İlham Əliyev
Prezident İlham Əliyev “Twitter”dəki paylaşımlarına davam edir.
Minval.info xəbər verir ki, ölkə başçısı bu dəfə ermənilərin döyüş meydanında uduzduğunu yazıb:
“Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür.
Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır.
Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır. Bizim sözümüz imzamız qədər keçərlidir”.

