Biznes adı ilə 3 nəfərə 450 min dollar “atan” Babayev həbs olunacaqmı?

Dələduzluqda ittiham edilərək məhkəmə zalında qandallanan iş adamının 450 min dollarlıq dələduzluq etdiyi məlum olub.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror B.Babayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası fevralın 1-nə təyin edilib.

Bildirək ki, elan olunmuş ittihamla Babayev özünü təqsirli bilməyib. İttihamda yazılır ki, Bəxtiyar Babayev üç nəfərə qarşı ümumilikdə 450 min dollarlıq dələduzluq edib. O, həmin şəxslərə istilik sistemlərinin satışı ilə məşğul olacağını, əldə ediləcək qazancdan onlara da pul verəcəyi vədini verib. Lakin Babayev qısa bir müddət pul aldığı şəxslərə qazanc versə də sonradan vədinə əməl etməyib.

Qeyd edək ki, B.Babayev məhkəmənin hazırlıq iclasında həbs edib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib.

Məlunata görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyev qarşı dələduzluq edib. O, istilik sistemlərinin satışı ilə məşğul olmaq adı ilə zərərçəkmişlərdən pul alıb. Onların etibarını qazanmaq üçün bir neçə mağaza da göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu söyləyib. Həmin şəxslərdən iş görmək adı iə ümumilikdə 450 min dollar alıb.

Minval.İnfo

Hadisə

Nəşr edilib: 2019/01/25 18:51

Baxış: 537


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06