Blinken: “ABŞ Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyir”
“ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk birgə iclasını alqışlayır”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
“ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır”, – o tviterdə yazıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


