“BMW” avtomobilləri geri çağırıb
“BMW” şirkəti Rusiyada 300-dən çox avtomobili geri çağırıb.
Trend bildirir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığı tam açılmaya bilər.
Qeyd edək ki, 2019-cu il aprel-may aylarında Rusiyada satılmış X7 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

