BNA küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
“Minval.info”nun məlumatına görə, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir.
Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini xahiş olunur. Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

