Boatenq həbs oluna bilər

“Lion”un yeni transferi Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.
Minval.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Almaniya millisinin sabiq üzvü Münhendə məhkəmə qarşısına çıxacaq.
Boatenq keçmiş həyat yoldaşı tərəfindən 2018-ci ildə məzuniyyətdə olarkən məişət zorakılığında günahlandırılır. Qadının sözlərinə görə, futbolçu onu döyüb.
Qeyd edək ki, Boatenq bu yay “Bavariya”dan ayrılaraq “Lion”a keçib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

