Bodrumda 3 nəfər saxlanıldı

Bodrumun Mumcular bölgəsində başlayan meşə yanğınları ilə bağlı yeni faktlar ortaya çıxıb.
Minval.info “Hürriyet”ə istinadən xəbər verir ki, sözügedən bölgədə yanğını törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Məlumata əsasən, bu şəxslər avtomobildən siqaret kötüyünü ətrafa ataraq tədbirsizlikdən, yanğına səbəb olmaqda təqsirli hesab olunur.
Bildirilir ki, hazırda araşdırma davam edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

