Böyük Britaniyanın kral ailəsindəki gizli qadağalar… – FOTOLAR
Böyük Britaniyada kral ailəsi hər zaman fərqli məsələlərlə dünyanın gündəmində olurlar. Bu dəfə kral ailəsinin danışıq məsələsi gündəmə gəlib. Belə ki, kral ailəsində söylənilməsi qadağan olunan sözlərin olduğu ortaya çıxıb.
Musavat.com sizə kral ailəsində qadağan olunan sözlər haqqında maraqlı məlumatları təqdim edir:
1. Günümüzdə çox istifadə edilən “üzr istəyirəm” sözü kral ailəsində qadağan edilib. Onlar bunun yerinə “məni bağışla” sözündən istifadə edirlər.
2. İkinci qadağan olunmuş söz isə tualetdir. Onlar bunun əvəzində ayaqyolu (loo) sözünü işlədirlər.

3. Karl ailəsi parfüm yerinə qoxu sözündə istifadə etməyə üstünlük verir. Misal üçün yanınızdakı birinin vurduğu ətirdən xoşlandınızsa, ona “qoxunu bəyəndim” deməniz lazımdır.
4. Sarayın bir çox otaqları var, lakin otaqların heç birinə “gözləmə otağı” və ya “salon” deyilmir. Bunun əvəzinə “qonaq otağı” və ya “oturma otağı” adlanır. Bundan əlavə, oturma otağında heç bir divan yoxdur, yalnız oturacaqlar və ya taxt kimi əşyalar var.
5. Kral ailəsində çay sözündən istifadə etmək qadağandır. Onlar bunun yerinə alternativ olaraq “axşam yeməyi” və ya “şam yeməyi” sözündən istifadə edirlər.

Sadalanan bu qadağalar daha çox kral ailəsinin gəlinləri Meqan Markl və Keyt Middltona aiddir. Onlar bu qaydalara birmənalı şəkildə əməl etməlidirlər.
Qadağan olunan sözlərdən əlavə kral ailəsində icazəsi olmayan yeməklər, oyunlar və s. başqa şeylər də var. Misal üçün kral ailəsinin üzvləri “monopoly” oyununu oynaya bilməzlər.

Ailə üzvlərinə stridiya yeyilməsi də qadağandır. Kral ailəsinin üzvləri birlikdə təyyarə ilə səyahət edə bilməz. Uçuş sırasında yaşana biləcək hər hansı bir qəzanın nəticəsində kral ailəsinin soyunun davam etməsi üçün şahzadə Uilyam, Keyt və uşaqlarının uçuşları ayrı-ayrılıqda həyata keçirilir. Daha bir qadağaya görə isə kral ailəsinin üzvləri kimsəyə imza vermir. Səbəbi isə kral ailəsinin üzvləri özlərini məşhur saymırlar.


