Braziliya azarkeşləri Almaniya millisini “dəfn etdi” – VİDEO

Braziliya yığmasının azarkeşləri Cənubi Koreyaya məğlub olduqdan sonra mundialla vidalaşan Almaniya millisi üçün simvolik “dəfn mərasimi” keçirib.
Oxu.Az xəbər verir ki, Livanda çəkilmiş həvəskar görüntüdə Braziliya fanatlarının çiyinlərində sarı-qara zolaqlı Alman bayrağına sarılmış iki tabutu daşıdığını görmək olur.
Videonu yayan istifadəçi, fanatların bu mərasimini, onların Almaniya yığmasının DÇ-2014-ün yarımfinalında Braziliyanı biabırçı hesabla məğlub etməsindən yanıqlı olması ilə izah edib.
Xatırladaq ki, iyunun 26-da Cənubi Koreya yığmasına 0:2 hesabı ilə məğlub olan Almaniya millisi 1/8 finala çıxa bilməyib və dünya çempionatındakı iştirakını dayandırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

