Braziliyada koronavirusdan 1 gündə 1223 nəfər öldü
COVID-19 Braziliyada bir sutka ərzində 1 223 nəfərin həyatına son qoyub.
“Qafqazinfo” “RİA Novosti” yə istinadən xəbər verir ki, ölkədə virusdan ölüm hallarının sayı 68 055-ə çatıb. Hökumətin yaydığı məlumata görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 44 571-ə çatıb.
Ümumilikdə Braziliyada 1 716 196 yoluxma qeydə alınıb, 68 055 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

