Brilliant Dadaşovanın bacısı oğlundan canlı efirdə ŞOK HƏRƏKƏTLƏR (VİDEO)
“ATV” nin efirində yayımlanan 10-dan sonra verilişində qalmaqala yol açacaq anlar yaşanıb.
Minval.info xəbər verir ki, Yusif Ağayevin qonağı olan müğənni Rəhim Rəhimli şou-biznesə yeni sima təqdim edib. Bu sahədə ilk addımlar atan Cəmil Dadaşov səhnəyə dəvət olunub. Rəhimli adıçəkilən ifaçının Xalq artisti Brilliant Dadaşovanın bacısının oğlu olduğunu deyib.
Cəmil rəqqasəylə birgə verilişə gəlib və fərqli musiqisi ilə çıxışına başlayıb. Dadaşov ilk dəfə canlı efirdə qonaq olmasına baxmayaraq, yüngül desək həddindən artıq sərbəst davranışları ilə yadda qalıb. O, səhnəyə çıxdığı xanımla ehtiraslı hərəkətləri ilə diqqət çəkib.
Müğənni Rəhim Rəhimli onun bu davranışlarını görərək bir qədər sonra araya girib. Özü rəqqasə ilə oynamaqla belə demək mümkündürsə rəqqasəni Cəmil Dadaşovun əlindən alıb.
Minval.info

